//
Fikrət Fərrux oğlu Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçi...
1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Universiteti bitirdikdən sonra hüquq fakültəsində müəllim olmuş, Respublika Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-Hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində ...
Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olmuş, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləmişdir. ...
Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmiş, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olmuşdur. Hüquq elmləri doktoru, professordur. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır. Hüquqşünas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlamış, 1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları id...
15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi, 1993-cü ildə Bakı şəhəri prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələ...
Ceyhun Əkbər oğlu Həsənov 05.12.1962-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. 1981-1983-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir. 1994-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1984-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2004-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləmişdir. 10.06.2016-cı il tarixdə Azərbaycan Respubli...