07.12.2017 - Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaş Telman Həsrətovun sahibkarlıq fəaliyyəti ilə bağlı məhkəmə qərarının icra olunmamasına dair təkrar şikayətinə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 7 dekabr 2017-ci il tarixli iclasında baxılıb və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.1-ci yarımbəndi rəhbər tutularaq şikayətin təmin edilməsi barədə qərar qəbul olunub.

Pul tələbi ilə əlaqədar müvafiq məhkəmə qətnaməsinin icrasının təmin olunmasına dair nazirliyin İcra baş idarəsinə göstəriş verilib, həmçinin fəaliyyətində nöqsanlara yol vermiş işçilərin intizam məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılıb.

iacca
help_az
iap
eplc