26.11.2019 Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaş Aynurə Ağayevanın Bakı şəhəri Yasamal Rayon və Mingəçevir Şəhər Məhkəmələrinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibələrin nəticəsindən verdiyi şikayətlərə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 26.11.2019-cu il tarixli iclasında baxılmışdır.

İclasda A.Ağayevanın müraciətləri ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərin iştirakı ilə müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müvafiq müsahibə komissiyalarının 22 oktyabr və 6 noyabr 2019-cu il tarixli qərarları ləğv edilərək, onunla yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.

iacca
help_az
iap
eplc