IMAGE

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq davam etdirilir

Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə ölkə direktoru xanım Karin Hoerhan ilə görüş keçirilib.

Görüşdə "Cənubi Qafqazda Yaxşı İdarəetmə" Proqramı çərçivəsində yerli özünüidarəetmə sahəsində GİZ ilə səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd olunub, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyə nümayəndələrinin maarifləndirilməsi üzrə görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlərdə GİZ-in iştirakı vurğulanıb.

Həmçinin, bələdiyyələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi bildirilərək bələdiyyələrlə iş portalının yaradılması, bələdiyyələrin internet informasiya resurslarından istifadəsinin genişləndirilməsi ilə bağlı görülən işlər qeyd edilib.

Xanım K.Hoerhan GİZ ilə Ədliyyə Nazirliyi arasında səmərəli əməkdaşlığı yüksək qiymətləndirib, yerli özünüidarəetmə sahəsində birgə həyata keçirilən tədbirlərdən məmnunluğunu ifadə edərək proqram üzrə işlərin, o cümlədən maarifləndirmə tədbirlərinin davam etdirilməsini vurğulayıb.

Söhbət zamanı "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə yerli özünüidarəetmə sahəsində beynəlxalq təcrübə öyrənilməsi və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

iacca
help_az
iap
eplc