IMAGE

Ədliyyə naziri tərəfindən vətəndaşların videoqəbulu keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların, xüsusilə şəhid ailələrinin və hərbçilərin müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, pandemiya şəraiti ilə əlaqədar müraciətlərə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir.

Aprelin 14-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib.

Videoqəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin, habelə hərbçilərin müraciətlərinin nəzarətə götürülərək araşdırılması və həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar müraciətlərinə həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, qəbulun videoformatda təşkilini məmnunluqla qarşılayıblar.

edliyye2020az
iacca
help_az
iap
eplc