Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə keçirilmiş test imtahanında uğur qazanmış 28 namizədlə qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə fərdi qaydada müsahibə aparılıb.

İxtisas Komissiyası tərəfindən müsahibənin nəticələrinə əsasən zəruri ən yüksək bal toplamış aşağıda göstərilən namizədlərin Ədliyyə Akademiyasında icbari təlimə buraxılmaları, o cümlədən notariat fəaliyyəti üzrə təcrübə keçmələri barədə qərar qəbul edilib.

Müsahibənin nəticələrinə görə uğur qazanmış namizədlərin siyahısı:

1. Əliyev Səbuhi Osman oğlu

2. Hacıyev Xalid Oqtay oğlu

3. Hacıyeva Aygün Firudin qızı

4. Həsənov Elçin Heydər oğlu

5. Həsənov Emil Barat oğlu

6. Hüseynov Cəmil Xalid oğlu

7. Mirabov Fuad Akif oğlu

8. Mustafayeva Şəbnəm Əli qızı

9. Nəcəfquliyev Ruslan Maqsud oğlu

10. Novruzova Nurçin Xasay qızı

11. Yusifli Niyazi Qəhrəman oğlu

12. Zeynalov Nadir Cəmil oğlu

Siyahıda adları göstərilən namizədlər iyun ayının 23-də saat 09:00-da Ədliyyə Akademiyasında olmalıdırlar. Ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158, telefon 493-71-31.

Bildiririk ki, icbari təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.

Əlavə məlumatları nazirliyin Qeydiyyat və notariat baş idarəsindən (Bakı şəhəri, Azadlıq prospekti 72), habelə 404-42-28, 404-42-19 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

edliyye2020az
iacca
help_az
iap
eplc