IMAGE

Dövlət müstəqilliyimizin bərpasının otuzuncu ildönümü ilə bağlı Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpasından otuz il ötür. Xalqımız builki bayramı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə sevinci ilə, Qalib Xalq kimi qeyd edir.

Oktyabrın 15-də dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən "Müstəqillik Günü haqqında" yeni Qanun qəbul olunaraq dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan müstəqilliyin əldə edilməsi və bərpası kimi əlamətdar günlərə onların mahiyyəti və məzmununa uyğun daha dəqiq və dolğun qiymət verilib və 18 oktyabr - Müstəqilliyin Bərpası Günü, 28 may - Müstəqillik