IMAGE

Azərbaycanın Əməkdar hüquqşünası Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib

Bakı, 12 yanvar, AZƏRTAC

Uzun illər respublikamızın məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışmış, o cümlədən Sumqayıt Apelyasiya Məhkəməsinin sədri olmuş, hazırda Bank Ombudsmanı kimi fəaliyyət göstərən Azərbaycanın Əməkdar hüquqşünası İkram Kərimov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) fəxri professoru seçilib.

Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqından AZƏRTAC-a bildiriblər ki, İ.Kərimov akademiyanın diplomu və “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib. O, TDABEA-nın qərarı ilə türk dünyası qarşısındakı mühüm xidmətlərinə, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin genişləndirilməsinə töhfələrinə görə mükafatlandırılıb.

Qeyd edək ki, İkram Kərimov ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik aktları layihələrinin hazırlanmasında yaxından iştirak edib, bir sıra beynəlxalq tədbirlərdə - ABŞ, Asiya və Avropa ölkələrində, Avropa Şurasında respublikamızı təmsil edib.

O, peşəkar fəaliyyətinə və məhkəmə-hüquq sistemində səmərəli xidmətlərinə görə “Şərəf” ordeni, “Tərəqqi”, “Əmək veteranı” medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, SSRİ Baş Prokurorunun, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının, həmçinin müstəqil respublikamızın Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən fəxri fərman və digər mükafatlara layiq görülüb.

iacca
help_az
iap
eplc