IMAGE

AmCham-ın “Ağ sənəd”inin (“White paper”) müvafiq müddəaları “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunda müzakirə edilib

  “Azərbaycanda Amerika Ticarət Palatası” İctimai Birliyi tərəfindən Azərbaycanın biznes mühitinin daha da təkmilləşdirilməsi baxımından bank, maliyyə, sığorta, məhkəmə, rəqəmsal texnologiyalar, satınalma, əmək, vergi, gömrük və digər sahələrdəki qanunvericiliyə dəyişikliklərlə bağlı tövsiyə və təklifləri əhatə edən “Ağ sənəd” (“White paper”) hazırlanıb.

Sənəddə “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun fəaliyyət istiqamətlərinə aid edilən təkliflərlə əlaqədar, işçi qrupun cari ilin fəaliyyət planında tədbirlərin nəzərdə tutulması üçün video-konfrans formatında görüş keçirilib.

İclasda məhkəmə və icra sahəsində “Ağ sənəd”də nəzərdə tutulan təkliflərin müzakirəsi aparılıb və müvafiq təkliflərlə bağlı qanunvericilikdə edilmiş son dəyişikliklər, eləcə də Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış layihələrlə bağlı məlumatlar İctimai Birliyin nümayəndələrinin diqqətə çatdırılıb.

Tədbirə Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının nümayəndələri qatılıblar.

iacca
help_az
iap
eplc