IMAGE

Yerli özünüidarəetmə sahəsində beynəlxalq təcrübə mübadiləsi davam etdirilir

Bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsi davam etdirilir.

Ədliyyə Nazirliyi Bələdiyələrlə iş mərkəzinin təşəbbüsü ilə mart ayının 11-də Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin, yerli özünüidarəetmə orqanları və yerli hakimiyyətlərin milli assosiasiyasının, habelə Gürcüstanın digər ixtisaslaşmış qurumlarının nümayəndələri ilə videokonfrans formatında görüş keçirilib.

Görüşdə hər iki ölkədə bələdiyyə institutunun inkişaf tarixi, bələdiyyələrə dövlət dəstəyi, onların fəaliyyətinin təşkilinə kömək göstərilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib. Yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub, digər aktual mövzular müzakirə olunub.

Onlayn tədbirdə həmçinin, yerli büdcə prosesində və bələdiyyə qərarlarının qəbulunda vətəndaşların iştirakı və bələdiyyələr tərəfindən görülmüş işlər barədə fikir mübadləsi aparılıb. Bu sahədə hər iki dövlətin bələdiyyələrinin müsbət təcrübəsindən danışılıb, tədbir iştirakçılarını maraqlandıran suallar qarşılıqlı cavablandırılıb.

iacca
help_az
iap
eplc