IMAGE

Ədliyyə Nazirliyinin kollektivi Anım Gününü qeyd edib

Ədliyyə Nazirliyində 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə şəhid ədliyyə işçisi Ruhin Xəlilovun xatirəsi anılıb, nazirlikdəki barelyefi önünə gül dəstəsi qoyulub.

Tədbirdə çıxış edən Ədliyyə naziri Fərid Əhmədov Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunmasına dair Prezident İlham Əliyevin müvafiq Sərəncamının şəhidlərin ruhuna ən ali ehtiramın göstəricisi olduğunu qeyd edib.  Nazir vurğulayıb ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edilib. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusununun şücayəti, xalq və dövlətin birliyi nəticəsində əldə olunmuş zəfər sayəsində tarixi ədalət bərpa edilib və bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə qürurla dalğalanır.

Tədbirdən sonra nazirliyin rəhbər heyəti və kollektivi Zəfər Parkını ziyarət edib. Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və suverenliyin bərqərar olunmasında canlarını fəda etmiş şəhidlərimizin xatirəsi yad edilib.

Həmçinin nazirliyin kollektivi 26 sentyabr tarixində II Fəxri xiyabanı ziyarət edib. Torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın, o cümlədən şəhid ədliyyə işçisi Ruhin Xəlilovun məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb, onların xatirəsi ehtiramla yad edilib.


iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez