Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən namizədlərin nəzərinə

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı 2013-cü ilin iyun ayının 9-da keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış namizədlərin sənədlərinin toplanması və yoxlanılması başa çatmış və qanunvericiliyin tələblərinə cavab verən şəxslər müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılmışlar.

Namizədlərlə Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət keçirilməsinə 2013-cü ilin iyul ayının 16-dan etibarən başlanılması qərara alınmışdır.

Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə qaydalara müvafiq olaraq söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.

edliyye2020az
iacca
help_az
iap
eplc