Ədliyyə Akademiyasının beynəlxalq əlaqələri genişlənir

Ədliyyə Nazirliyi tərəfindən qabaqcıl xarici dövlətlərlə beynəlxalq hüquq əməkdaşlığının dərinləşdirilməsinə böyük əhəmiyyət verilir, o cümlədən Ədliyyə Akademiyasının Avropanın tanınmış institutları ilə təcrübə mübadiləsi sahəsində əlaqələri genişlənir.

İyulun 14-20-də Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Tağı Eynullayev Fransada və İspaniyada səfərdə olmuşlar.

Səfər çərçivəsində Avropada böyük nüfuza malik, Fransanın Milli Məhkəmə-prokurorluq Məktəblənin (ENM) Parisdə yerləşən beynəlxalq əlaqələr və davamlı tədris və Bordo şəhərində yerləşən müsabiqə və ibtidai tədris şöbələrinin məsul vəzifəli şəxsləri, o cümlədən  Məktəbin direktoru Ksavyer Ronsan ilə işgüzar görüşlər keçirilmişdir.

Görüşlərin nəticəsi olaraq qarşılıqlı fəaliyyəti daha da dərinləşdirmək məqsədilə Milli Məhkəmə-prokurorluq Məktəbi ilə Ədliyyə Akademiyası arasında "Əməkdaşlıq haqqında" Protokol imzalanmışdır.

Eyni zamanda, mərkəzi Strasburqda yerləşən inzibati hakimliyə namizədlərin hazırlığını həyata keçirən Milli Administrasiya Məktəbində (ENA)  danışıqlar aparılmış, Sorbon Universitetində və Fransa Ədliyyə və Azadlıqlar Nazirliyinin Avropa və beynəlxalq məsələlər xidmətinin rəisi Erik Metrpyer ilə görüşlər təşkil edilmişdir.

Həmçinin, Madrid şəhərində İspaniya prokurorlarının tədrisini həyata keçirən Hüquqi Araşdırmalar Mərkəzinin rəhbər heyəti ilə görüşlər keçirilmişdir.

Görüşlər zamanı qeyd edilən qurumların fəaliyyətinin planlaşdırılması, onların inzibati heyətinin idarə edilməsi və onun fəaliyyətinin dəyərləndirilməsi, müəllimlərin dərslərə cəlb edilmə üsulları, onlar üçün təlimlərin keçirilməsi, dinləyicilər üçün tədris proqramının hazırlanması, dərslərin qiymətləndirilməsi, dərəcə proqramlarının təşkili, elmi kitabxananın formalaşdırılması məsələləri öyrənilmiş, əməkdaşlığın perspektivləri müzakirə edilmiş və birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Səfər zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Baş katibinin müavini Maykl O'boyl ilə görüş keçirilərək, Məhkəmənin təcrübəsinin öyrənilməsi məqsədi ilə ölkəmizin hakimlərinin Strasburqa səfərinin təşkili razılaşdırılmışdır.

iacca
iap
business ready
eplc
Ən Tez