Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı uğurla inkişaf edir

Azərbaycanda səfərdə olan Avropa Şurası Baş katibinin müavini xanım Mod De Bur Bukikkio mayın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdü r.

Ölkəmizin Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən nazir aparılmış islahatların insan haqlarının etibarlı müdafiəsinə yönəldiyini vurğulamış, yuvenal ədliyyənin inkişafı, bu sahədə hakimlərin və hakimliyə namizədlərin Ədliyyə Akademiyasında tədrisi barədə məlumat vermiş, məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş Avropa ədliyyə nazirlərinin ötən il keçirilmiş 29-cu konfransında aparılmış faydalı fikir mübadiləsini xatırlatmışdır .

Azərbaycanın Avropa Şurasına qəbul olunduqdan sonra nailiyyətlər əldə etdiyini bildirən qonaq Bakıya növbəti səfərindən məmnunluğunu ifadə etmiş, təmsil etdiyi qurumun ölkəmizlə müxtəlif sahələrdə, xüsusilə Ədliyyə Nazirliyi ilə əlaqələrin səmərəsini vurğulamış, "Avropanın uşaqlar üçün və uşaqlarla birgə qurulması" xüsusi proqramın həyata keçirilməsi, məişət zorakılığına qarşı Konvensiya layihəsinin, uşaq hüquqlarının təşviqi və zorakılıqdan müdafiə qaydalarının hazırlanması haqda məlumat verərək, faydalı fikir mübadiləsi aparılmışdır. Ölkəmizdə məhkəmə-hüquq, o cümlədən penitensiar sistemdə aparılan islahatlar maraqla qarşılanaraq, qazanılmış yüksək nəticələr təqdir edilmişdi r.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən inzibati məhkəmələrin yaradılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tədris səfərlərinin təşkili, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, habelə, insan alveri ilə mübarizə və s. məsələlər geniş müzakirə olunmuşdur.

Tədbirdə ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmişdir.

Elə həmin gün qonaq respublika Ali Məhkəməsinin yeni əzəmətli və möhtəşəm binası ilə tanış olmuşdur.

iacca
help_az
iap
eplc