Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Vətəndaşların nəzərinə!

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyunun 19-da İsmayıllı rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda İsmayıllı, Qəbələ və Göyçay rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 57) keçiriləcəkdir.

Bildirilir ki, vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41; (050) 383-89-92), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
help_az
iap
eplc